- Ana səhifə
- Müraciətlər
- 10 iyul 2026
İslam İnqilabı Rəhbəri tərəfindən inqilabın şəhid Rəhbəri və ailəsinin şəhidləri üçün anım mərasimi keçiriləcək
Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn
Əzəmətli şəhid Rəhbərimizin (Allah onun şərəfli məqamını uca etsin) anım mərasimi İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Xamenei tərəfindən bu axşamdan etibarən üç gecə ərzində camaatla qılınan axşam və işa namazlarından sonra müqəddəs Rəzəvi hərəminin Peyğəmbəri-Əzəm (Allahın salavatı ona və Əhli-beytinə olsun) həyətində keçiriləcək.
Həmçinin ümmətin şəhidi Həzrət Ayətullah əl-Üzma İmam Seyid Əli Xameneinin (Allah onun pak ruhunu müqəddəs etsin) xətm məclisi İslam İnqilabının Rəhbəri tərəfindən bu gün, 19 tir, cümə günü axşam və işa namazlarından dərhal sonra Həzrət Fatimeyi-Məsumənin (Allahın salamı ona olsun) müqəddəs hərəmində, İmam Xomeyni (Allah ona rəhmət etsin) şəbistanında Höccətülislam vəl-Müslimin Seyid Əli Xomeyninin (Allah onun tövfiqatını daimi etsin) çıxışı ilə keçiriləcək.
Bu üç gecə ərzində ölkənin hər yerində meydanlarda, məscidlərdə, imamzadələrdə və hüseyniyyələrdə də İslam İnqilabının şəhid Rəhbərinin xatirəsinə geniş mərasimlər keçiriləcək.