Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn

Keçən illərdə İnqilabın şəhid Rəhbərinin iştirakı ilə İmam Xomeyni (Allah ona rəhmət etsin) Hüseyniyyəsində keçirilən bu mərasimdə Höccətülislam vəl-müslimin Təbatəbainejad İmam Hüseynin (əleyhissalam) Ərbəin ziyarətinin fəqərələrinə istinad edərək Allahın vəlisi ilə həmrahlığın və birgəliyin təsirləri mövzusuna toxundu və bu həmrahlığın nəticələrini sadalayaraq dedi: Paklıq və Allahın vəlisinə bənzəmək, mərifət və bəsirət qazanmaq, hazır qəlblərdə ilahi məhəbbətin və könül bağlılığının yaranması, dünya və axirət səadəti Allahın vəlisi ilə həmrahlığın nəticələrindəndir və bu həmrahlığın şərti ifrat və təfritdən çəkinməkdir; belə ki, Allahın vəlisindən geri qalmamalı, ondan irəli getməməli və ifrata varmamalıdır.

Həmçinin bu mərasimdə Meysəm Mutii və Mehdi Rəsuli Həzrət Əba Əbdillah əl-Hüseynin (əleyhissalam), İsmət xanədanının və onun vəfalı səhabələrinin rəsasında növhə oxudular, İnqilabın şəhid Rəhbəri üçün də mərsiyə oxudular.