- Ana səhifə
- Müraciətlər
- 26 iyul 2026
Livan Hizbullahının Baş katibi və döyüşçülərinin İslam İnqilabı Rəhbərinə beyət məktubu
Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn
Livan Hizbullahının Baş katibi və döyüşçüləri göndərdikləri məktubda İslam İnqilabının şəhid Rəhbərinin şəhadəti münasibətilə başsağlığı verərək İnqilabın möhtərəm Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Xameneiyə beyət etdilər. Məktubun tam mətni belədir:
بسماللّهالرّحمنالرّحیم
Rəhman və Rəhim Allahın adı ilə
Möminlərə izzət bəxş edən və zalımları zəlil edən Allaha həmd və səna olsun; O Allah ki, həyatımızı cihad və [zühura] zəmin hazırlamaq, ölümümüzü isə Öz yolunda, məxluqlarının ən pislərinin əli ilə şəhadət etmişdir. Allahın Rəsulu Həzrət Məhəmmədə «صلّی اللّه علیه و آله و سلّم» (Allahın salavatı ona və Əhli-beytinə olsun) və onun pak və mübarək Əhli-beytinə salavat və salam olsun; Allah, biz xeyir və əmin-amanlıq içində ikən, onların şərəfli fərəcini tezləşdirsin.
Uca Allah buyurur: «يا اَيُّهَا الَّذينَ آمَنوا اَطيعُوا اللّهَ وَ اَطيعُوا الرَّسولَ وَ اُولِی الاَمرِ مِنكُم»
«Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə və sizdən olan ixtiyar sahiblərinə də itaət edin.» (Nisa surəsi, 59-cu ayə)
Bundan sonra; ey Seyidimiz, ey İmam, Rəhbər və vəliyyi-fəqih, canımız sizə fəda olsun, əziz Ayətullah Seyid Müctəba Xamenei! «سلام علیکم و رحمة اللّه و برکاته» (Allahın salamı, rəhməti və bərəkətləri sizə olsun).
Biz, sizin övladlarınız və qardaşlarınız olan Hizbullahın (Livan İslam Müqavimətinin) xameneiçiləri, bu məktubu sizə göndəririk; ürəklərimiz ümidlə dolu və arzu ilə daşqındır ki, tam xeyir və sağlamlıq içində olasınız, Allahın möhkəm qalasında və etibarlı himayəsində qorunasınız.
Əvvəlcə vəlimiz və şəhid atamızın şəhadətini sizə təbrik edirik; o, bu şəhadətlə onilliklər boyu davam edən cihad və rəhbərliyini başa vurdu. O, elm və əməli öz vücudunda birləşdirmiş, arif fəqih, Quran mütəfəkkiri və Allah tərəfindən təsdiqlənmiş rəhbər kimi bəxşiş və ehsan qapılarını açmışdı; nəhayət, Kərrar olan babası kimi bu zəmanənin İbn Mülcəmlərinin əli ilə şəhid oldu.
Həmçinin müqavimət cəbhəsində bu ümmətin fədailəri olan qardaşlarınızın, bacılarınızın, oğullarınızın və qızlarınızın, xüsusilə əziz vətəniniz İslam İranının övladlarının şəhadətlərini, yaralarını və fədakarlıqlarını sizə təbrik edir, Rəbbimizdən şəhidləri Öz rəhmətinə qərq etməsini, yaralılara tezliklə şəfa, ailələrinə isə səbir və təsəlli verməsini diləyirik.
Biz həmişə müqəddəs Məşhədə ziyarətə getmiş və Rəuf İmamın (əleyhissalam) hüzurunda vilayətin saf bulağından doyunca içmişik. Bir əlimizlə, cihad və zühura zəmin hazırlamaq əli ilə Hüseynin (əleyhissalam) bayrağını ucaldarkən və düşmənlərimizlə «Ləbbeyk» və «Heyhat» mənasını verən sıfır məsafədən vuruşarkən, digər əlimizlə əziz qardaşlarımızın, yəni İmam Rzanın (əleyhissalam) övladlarının, İmam Xomeyni «قدّس سرّه» (ruhu müqəddəs olsun) məktəbinin yetirmələrinin, İmam Xameneinin «قدّس سرّه» (ruhu müqəddəs olsun) diplomunu daşıyanların və sizin mübarək bayrağınızı ucaldanların, yəni İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərinin, müqəddəs Bəsicin və İslam İranında vilayətin xoş nəsimindən bəhrələnən hər bir şərəfli və azad insanın əlini hərarətlə sıxırıq; o kəslərin ki, onlarda İmam Hüseynin (əleyhissalam) eşqini və fədakarlığını, Abbasın bəsirətini və isarını, Salmanın yəqinini və vilayətə sədaqətini görürük.
Və budur, bu gün siz xalis Məhəmmədi İslamının bayrağını çiyinlərinizdə daşıyırsınız; şəhid vəlinin böyük İmam Xomeynidən sonra əlinə aldığı bayrağı, İmam Hüseynin (əleyhissalam) bir gün Kərbəlada düşmən ordularının izdihamı qarşısında tək dayanıb izzət və şərəf dili ilə «And olsun Allaha, heç vaxt zəlillər kimi sizə beyət əli uzatmayacağam!» deyə nida etdiyi zaman ucaltdığı bayrağı.
Ey Rəhbərimiz! Yer üzünün fironlarına qarşı Kərbəla döyüşümüzü apardığımız meydanın qəlbindən bütün güc və əzmimizlə sizə beyət əli uzadırıq və əminik ki, bu beyətlə əslində Həzrət Höccətə «عجّل اللّه تعالی فرجه الشّریف» (Allah onun zühurunu tezləşdirsin) beyət edirik; çünki siz haqlı olaraq onun naibi və Böyük Qeybət dövründə onun bizim üzərimizdəki höccətisiniz.
Sizinlə əhd bağlayırıq ki, zühura zəmin hazırlayaraq və səbir edərək həmin «Kəramət» yolu ilə irəliləyək. Şəhid vəli ilə necə idiksə, Allah yolunda heç bir qınayanın qınağından qorxmadan sizinlə də elə olacağıq. Şəhidlərin, yaralıların, əsirlərin, itkin düşənlərin və onların səbirli ailələrinin əmanəti boynumuzdadır və qəlbimizdə şəhid Xameneinin yolu və üsulu yaşayır; adı «qüdrət» və «Uca Allaha etimad» olan yol və üsul.
Sizin rəhbərliyiniz altında, Uca Allahın izni ilə, Quran və Əhli-beytin (əleyhimussalam) hidayəti əsasında İslamın bayrağını daşıyaraq meydanda irəliləyəcəyik; yolumuzun günəşi Həzrət Mehdi «عجّل اللّه تعالی فرجه الشّریف» (Allah onun zühurunu tezləşdirsin), öndərlərimiz isə bu yolda bizdən öndə gedən şəhidlərdir. Hidayət yolunda heç vaxt təklik hiss etməyəcəyik; çünki şəhidlərin, yaralıların, anaların, ataların, həyat yoldaşlarının, müqavimət ümmətinin və cihad cəbhəsinin bütün övladlarının karvanları bizimlədir. Biz Baş katibimiz, mücahid Şeyx Naim Qasimin «حفظه اللّه» (Allah onu qorusun) rəhbərliyi altında irəliləyirik və yerin varisliyi və Allah dininin Ali-Məhəmmədin (əleyhimussalam) Mənsurunun rəhbərliyi ilə aşkar olması barədə ilahi vədə böyük ümid bəsləyirik. O ilahi vəd gerçəkləşənədək bizdən itaətdən, qələbə iradəsindən və şəhadət eşqindən başqa bir şey görməyəcəksiniz. «وَ مَا النَّصرُ اِلّا مِن عِندِ اللّهِ العَزيزِ الحَكيم» (Qələbə ancaq yenilməz və hikmət sahibi olan Allahdandır.) (Ali-İmran surəsi, 126-cı ayə)
و آخر دعوانا ان الحمد للّه ربّ العالمين
Və son duamız budur ki, həmd aləmlərin Rəbbi Allaha məxsusdur.
Hizbullahdakı, Livan İslam Müqavimətindəki övladlarınız və qardaşlarınız