- Ana səhifə
- Müraciətlər
- 22 iyul 2026
Şəhid Müzəffər qardaşlarının anasının vəfatı münasibətilə başsağlığı mesajı
Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn
بسمالله الرحمن الرحیم
Rəhman və Rəhim Allahın adı ilə
Cənab Hüseyn Müzəffər! «سلام علیکم» (Salamun əleykum);
Möhtərəm validəniz, qəhrəman şəhidlər Həsən, Əli və Rza Müzəffərin «رضواناللهتعالیعلیهم» (Allah onlardan razı olsun) fədakar və səbirli anasının vəfatı münasibətilə Sizə, digər hörmətli yaxınlarına, həmçinin şəhidlərin və fədakarların əziz ailələrinə başsağlığı verirəm.
Bu dəyərli və təqvalı xanım İslam İnqilabının hərimini müdafiə etməyə sadiq, mömin övladlar yetişdirməklə ilahi yaxınlığın uca məqamına nail olmuşdur. Ümid edirik ki, onun pak ruhu şəhid övladlarının tərtəmiz ruhları ilə yanaşı ilahi rəhmət və rizvana qərq olsun.
Seyid Müctəba Hüseyni Xamenei