- Ana səhifə
- Müraciətlər
- 31 avqust 2026
Peyğəmbərin mövludu münasibətilə 2500-dən çox məhkumun əfvi və cəzalarının yüngülləşdirilməsi
Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn
Xatəmül-ənbiya Həzrət Məhəmməd Mustafanın (Allahın salavatı və salamı ona və Əhli-beytinə olsun) və İmam Cəfər Sadiqin (ona salam olsun) mübarək mövludu günləri münasibətilə Məhkəmə Hakimiyyətinin rəhbəri İslam İnqilabının Rəhbərinə ünvanladığı məktubda ümumi və inqilab məhkəmələri, Silahlı Qüvvələrin Məhkəmə Təşkilatı və Dövlət Təzirat Təşkilatı tərəfindən məhkum edilmiş 2577 nəfərin əfv olunmasını, cəzalarının yüngülləşdirilməsini və dəyişdirilməsini xahiş etmişdi. Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei bu barədə qərar qəbul etməyi Məhkəmə Hakimiyyətinin rəhbərinin öhdəsinə buraxdı.
Höccətülislam vəl-müslimin Ejei də lazımi araşdırmalardan sonra bu məhkumların əfv olunması, cəzalarının yüngülləşdirilməsi və dəyişdirilməsinin icrası barədə göstəriş verdi.