Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn

بسم اللّه الرّحمن الرّحیم
Mərhəmətli və Rəhmli Allahın adı ilə

Ölkənin öhdəliyə sadiq və inqilabçı sənətkarı cənab Kuroş Zareinin vəfatı təəssüf doğurdu. O mərhumun ölkənin az imkanlı şəhər və bölgələrində səhnə sənətlərinin yayılması yolunda fasiləsiz fəaliyyəti və İslam İnqilabının dəyərlərinə sarsılmaz bağlılığı təqdirəlayiq idi. Mən onun ailəsinə və ölkənin sənət ictimaiyyətinə başsağlığı verməklə yanaşı, Uca Allahın dərgahından o mərhum üçün bağışlanma, məğfirət və ilahi əcr diləyirəm.

Seyid Müctəba Hüseyni Xamenei, 20 aban 1405