Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn
Rəhman və Rəhim Allahın adı ilə
Keşikçi general-mayor Mustafa İzədi
Sədaqətinizi, layiqliyinizi və dəyərli təcrübənizi nəzərə alaraq və Korpusun baş komandanının təklifi ilə Sizi İslam İnqilabı Keşikçiləri Korpusu baş komandanının müavini vəzifəsinə təyin edirəm.
Korpusun baş komandanının tədbirləri istiqamətində rol və vəzifə bölgüsü aparmaqla təşkilati hazırlıq səviyyəsinin yüksəldilməsində cihadi rol oynamağınız gözlənilir.
Ümid edirəm ki, ilahi lütf sayəsində və Ağamızın (Allah onun zühurunu tezləşdirsin) xeyir-bərəkətli dualarının kölgəsində İslam quruluşunun bütün silahlı qüvvələri üçün daha böyük uğurlar və hər cür fəth və zəfər nəsib olsun.
Seyid Müctəba Hüseyni Xamenei