Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn
Mərhəmətli və Rəhmli Allahın adı ilə
Sərdar briqada generalı Pasdar Əhməd Vahidi
Sərdar general-leytenant Pasdar Məhəmməd Pakpurun sionist-amerikan düşmənin əli ilə şərəfli və başıuca şəhadətini nəzərə alaraq, layiqli xidmətlərinizi və dəyərli təcrübələrinizi diqqətə alaraq, Cənabınıza general-mayor rütbəsi verməklə Sizi İslam İnqilabı Keşikçiləri Korpusunun Baş komandanı vəzifəsinə təyin edirəm.
İran İslam Respublikasının müqəddəs quruluşunun qlobal istikbarla strateji və taleyüklü qarşıdurma içində olduğu bir şəraitdə aşağıdakı tələblərin həyata keçirilməsi gözlənilir:
1. Maksimum çəkindirmə məqsədilə imkanların davamlı və hərtərəfli yüksəldilməsi və düşmənə qarşı güclü hücum əməliyyatları icra etmək üçün ağıllı hazırlıq
2. Korpus təşkilatında mədəni yüksəliş və təqva, bəsirət və inqilabi ruhun bütün keşikçilərin və komandirlərin daxili cövhəri kimi gücləndirilməsi
3. Təşkilati iyerarxiyada mənəvi və elmi bünövrəyə və müasir bacarıqlara malik idarəetmə və komandanlığın genişləndirilməsi
Ümid edilir ki, Ağamızın (Uca Allah onun şərəfli zühurunu tezləşdirsin) duaları və şəfaəti sayəsində İran İslam Respublikasının müqəddəs quruluşunun bütün silahlı qüvvələri ikiqat uğurlara və ardıcıl qələbələrə nail olsun.
Seyid Müctəba Hüseyni Xamenei