Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn

Bu mərasim bu il İslam İnqilabının möhtərəm Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin adından keçirilir.

Mərasimdə Höccətülislam vəl-müslimin Seyid Mirhaşim Hüseyni «Həyatın hesablamaları və həyatın ilahiyyatı» mövzusunda çıxış edərək fərdi və ictimai həyatda maddi hesablamalarla yanaşı mənəvi anlayışlara xüsusi diqqət yetirilməsi, Allahın və ilahi vədlərin nəzərə alınması barədə fikirlərini bildirdi və dedi: İran xalqının Ramazan müharibəsindəki müqəddəs müdafiəsi böyük Kərbəla hadisəsinin dərslərindən, Əba Əbdillahın (əleyhissalam) və onun vəfalı səhabələrinin fədakarlığından qaynaqlanır və maddi hesablamalar və hazırlıqlarla yanaşı ilahiyyata diqqətin bariz nümunəsidir.

Həmçinin Mehdi Rəsuli Həzrət Əba Əbdillahın (əleyhissalam), Kərbəla şəhidlərinin və İslam İnqilabının şəhid rəhbərinin rəsasında növhə oxudu və Ramazan müharibəsinin uca məqamlı şəhidlərinin xatirəsini və adını ehtiramla yad etdi.