Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn

Bu il İslam İnqilabının möhtərəm Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin adından keçirilən mərasimdə Höccətülislam vəl-müslimin Seyid Əhməd Təbatəbai «İman cəbhəsinin imtahanlarla üzləşmə tərzi» mövzusunda çıxış edərək haqq cəbhəsindəki müsibətləri yüksəlişin zəmini adlandırdı və dedi: Ümumi ilahi planda bütün insanlar dindarlıq dərəcələri müəyyən olunsun deyə fərdi və ictimai həyatda müxtəlif sınaqlara və imtahanlara düçar olurlar və bu çərçivədə Əba Əbdillahın (əleyhissalam) Aşurası din və insanlığın zirvəsində özünü göstərir, çünki o Həzrətin səhabələri hər cür imtahan qarşısında səbirlə və bəsirətlə davrandılar.

Həmçinin Seyid Məcid Bənifatimə Həzrət Əba Əbdillahın (əleyhissalam) və Kərbəla şəhidlərinin rəsasında müsibət oxudu, İslam İnqilabının şəhid rəhbərinin və ikinci və üçüncü Müqəddəs Müdafiənin uca məqamlı şəhidlərinin xatirəsinə növhə oxudu.