Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn

Məhkəmə Hakimiyyətinin rəhbəri Höccətülislam vəl-Müslimin Möhsüni Ejei İslam İnqilabının möhtərəm Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşüb söhbət etdi.

Bu görüşdə ədalətin genişləndirilməsi, ictimai hüquqların təmin edilməsi, korrupsiyaya və onun düyün nöqtələrinə qarşı təsirli mübarizə yolu ilə quruluşun sosial kapitalının artırılması vurğulandı. Bununla yanaşı, işlərə dəqiqlik və qətiyyətlə sürətli baxılması və hökmlərin vaxtında və çəkindirici şəkildə icrası; məhkəmə sistemində hərtərəfli və hiss olunan transformasiya; mühüm məsələlərdə, xüsusilə qanunların düzgün icrasına nəzarətdə və təşkilat və qurumların idarə edilməsinə köməklik göstərən davamlı yoxlamaların aparılmasında yeni texnologiyalardan maksimum istifadə; cinayətə gətirib çıxaran hərəkətsizlik hallarına baxılması; məsul qurumlarla əməkdaşlıq şəraitində cinayətkarlıq və cinayətlərlə qətiyyətli mübarizə və qanun pozuntularının zəminlərinin aradan qaldırılması istiqamətində səy və planlaşdırma, eləcə də Amerika-sionist cinayətkarların cinayətlərindən irəli gələn hüquqların və maddi-mənəvi zərərlərin bərpasında ciddilik vacib sayıldı.

Görüşün əvvəlində cənab Möhsüni Ejei Məhkəmə Hakimiyyətinin yeni dövr proqramları, o cümlədən Məhkəmə Transformasiyası Sənədinin yenilənməsi və işlərə baxılma vaxtına qənaət, xərclərin azaldılması, hökmlərin möhkəmliyi və Məhkəmə Hakimiyyəti əməkdaşlarının dürüstlüyünün artırılması məqsədilə işlərin ağıllı sistemlərə keçirilməsinin sürətləndirilməsi barədə hesabat təqdim etdi.