1. Ana səhifə
  2. Müraciətlər
  3. 16 mart 2026

İslam İnqilabının Ali Rəhbərinin şəhid Rəhbərin təyin etdiyi şəxslərin xidmətlərini davam etdirməsi barədə göstərişi

Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn

İslam İnqilabının Ali Rəhbərinin müraciətinin mətni belədir:

Allahın adı ilə

Şəhid Rəhbər (Allah pak nəfsini müqəddəs etsin) tərəfindən birbaşa təyin olunmuş bəzi idarə rəhbərləri və məsul şəxslərin sorğusundan sonra bildirirəm ki, hələlik heç birinin yeni hökm (təyinat qərarı) almasına ehtiyac yoxdur və onlar həmin böyük şəxsiyyətin həyatda olduğu dövrdə aldıqları siyasət və göstərişlər əsasında öz işlərini davam etdirməlidirlər.

Hamının öz məsuliyyətlərini yerinə yetirməsində Uca Allahdan müvəffəqiyyət diləyirəm.

Seyid Müctəba Hüseyni Xamenei