Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn

بسم الله الرّحمن الرّحیم
Mərhəmətli və Rəhmli Allahın adı ilə

ولاتَحسبَنَّ الّذینَ قُتِلوا فی سبیلِ‌اللهِ اَمواتاً بَل اَحیاءٌ عِندَ رَبِّهِم یُرزَقون
«Allah yolunda öldürülənləri əsla ölü sanma! Xeyr, onlar diridirlər və Rəbbinin yanında ruzi alırlar.» (Ali-İmran surəsi, 169)

Böyük təəssüf hissi ilə Ali Milli Təhlükəsizlik Şurasının katibi və həmin şurada Rəhbərin nümayəndəsi cənab doktor Əli Laricaninin, onun ləyaqətli övladının və bəzi həmkarlarının şəhadəti barədə acı xəbəri aldım. O, alim, uzaqgörən, zəkalı, öhdəliyinə sadiq və siyasi, hərbi, təhlükəsizlik, mədəni və idarəçilik kimi müxtəlif sahələrdə rəngarəng təcrübəyə malik bir şəxs idi. İslam quruluşunun müxtəlif qatlarında təxminən beş onillik fəaliyyət onu seçkin bir simaya çevirmişdi.

Şübhəsiz ki, belə bir şəxsiyyətin terror edilməsi onun əhəmiyyətinin dərəcəsini və İslam düşmənlərinin ona qarşı kinini göstərir. İslam düşmənləri bilsinlər ki, bu qanların İslam quruluşunun qüdrətli ağacının dibinə tökülməsi onu yalnız daha da gücləndirir və əlbəttə, hər qanın bir qan bahası var ki, şəhidlərin cinayətkar qatilləri tezliklə onu ödəməlidirlər. Mən bu itkiyə görə o böyük insanın hörmətli həyat yoldaşına, digər övladlarına, eləcə də digər yaxınlarına, xüsusilə cənab Ayətullah Amoli Laricaniyə səmimi başsağlığı verir və Haqq-Taala جلَّ‌وعلا (O, uca və əzəmətlidir) dərgahından o köçüb gedənlərin dərəcələrinin ucalmasını diləyirəm.

Seyid Müctəba Hüseyni Xamenei
26 əsfənd 1404