1. Ana səhifə
  2. Müraciətlər
  3. 10 avqust 2026

Briqada generalı Kiyumərs Heydərinin Silahlı Qüvvələr Baş Qərargahı rəisinin müavini təyin edilməsi haqqında hökm

Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn

Rəhman və Rəhim Allahın adı ilə

Briqada generalı Kiyumərs Heydəri

Sədaqətinizi, layiqliyinizi və dəyərli təcrübənizi nəzərə alaraq və Baş Qərargah rəisinin təklifi ilə Sizi Silahlı Qüvvələr Baş Qərargahı rəisinin müavini vəzifəsinə təyin edirəm. Silahlı Qüvvələr Baş Qərargahı rəisinin rəyini nəzərə almaqla, İran İslam Respublikası Silahlı Qüvvələrinin müdafiə və təhlükəsizlik imkanlarının yüksəldilməsinə, mənəvi gücünün və cihad ruhunun möhkəmləndirilməsinə yardım etməyiniz, eləcə də qüvvələrin məişət ehtiyaclarına diqqət yetirməyiniz gözlənilir.

Ümid edirəm ki, Ağamızın (Allah onun zühurunu tezləşdirsin) diqqəti və duaları Sizin və Silahlı Qüvvələrin bütün mənsublarının günbəgün artan uğurlarına səbəb olsun.

Seyid Müctəba Hüseyni Xamenei