Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn
Rəhman və Rəhim Allahın adı ilə
Keşikçi general-mayor pilot Əli Əbdüllahi
General-polkovnik şəhid Seyid Əbdürrəhim Musəvinin sionist-amerikan düşməninin əli ilə iftixarlı və şərəfli şəhadətini nəzərə alaraq, layiqli xidmətlərinizi və dəyərli təcrübənizi əsas tutaraq, Sizi Silahlı Qüvvələr Baş Qərargahının rəisi vəzifəsinə təyin edirəm.
Aşağıdakı tələblərin maksimum dərəcədə həyata keçirilməsi gözlənilir:
1. Silahlı Qüvvələrin və Xalq Bəsicinin hərtərəfli və müasir müdafiə-təhlükəsizlik imkanlarının və hazırlığının yüksəldilməsi
2. Müqəddəs İran İslam Respublikası quruluşuna qarşı hər səviyyədə və hər növ ənənəvi və yeni hərbi, idraki və hibrid təhdidlərə vaxtında, inqilabi və təsirli cavab vermək imkanının yaradılması
3. Şəhid İmamın (Allah ondan razı olsun) tədbiri əsasında Silahlı Qüvvələr Baş Qərargahı ilə Xatəmül-Ənbiya (s) Mərkəzi Qərargahının birləşdirilməsi prosesinin başa çatdırılması
Ümid edirəm ki, ilahi lütf sayəsində və Ağamızın (Allah onun zühurunu tezləşdirsin) xeyir-bərəkətli dualarının kölgəsində İslam quruluşunun bütün silahlı qüvvələri üçün daha böyük uğurlar və hər cür fəth və zəfər nəsib olsun.
Seyid Müctəba Hüseyni Xamenei