- Ana səhifə
- Müraciətlər
- 17 mart 2026
Məzlumlar Bəsici Təşkilatının komandanı, şəhid Keşikçi general-mayor Qulam Rza Süleymaninin şəhadəti ilə əlaqədar başsağlığı mesajı
Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn
بسم الله الرّحمن الرّحیم
Mərhəmətli və Rəhmli Allahın adı ilə
مِنَ المُؤمِنینَ رِجالٌ صَدَقوا ما عاهَدوا اللهَ علیهِ فَمِنهُم مَن قَضی نَحبَهُ وَ مِنهُم مَن یَنتَظِرُ وَ ما بَدَّلوا تَبدیلاً
«Möminlər içərisində elə kişilər var ki, Allaha verdikləri əhdə sadiq qaldılar. Onlardan bəzisi əhdini yerinə yetirdi, bəzisi isə gözləyir. Onlar (əhdlərini) heç bir şəkildə dəyişmədilər.» (Əhzab surəsi, 23)
Məzlumlar Bəsicinin rəisi general-mayor Qulam Rza Süleymaninin şəhadəti barədə acı xəbər böyük kədər və təəssüfə səbəb oldu. O, çoxdan bəri Allah yolunda mübarizə meydanında fəal idi və bu yolda çoxsaylı təcrübələr qazanmışdı. Bu mücahid sərkərdənin terror edilməsi Bəsicin böyük əhəmiyyətini və kinli, aciz düşmənin onunla üz-üzə gəlməkdən duyduğu böyük qorxunu xatırladır.
Mən bu ağrılı müsibətə görə həmin uca məqamlı şəhidin hörmətli ailəsinə, onun İslam İnqilabı Keşikçiləri Korpusundakı bütün həmkarlarına və özüm onların ən kiçiyi olduğum bütün əziz bəsicilərə başsağlığı verir, Uca Allahın o əzizə yüksək məqam bəxş edəcəyini ümid edirəm.
Seyid Müctəba Hüseyni Xamenei
26 əsfənd 1404