Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn

بسم‌ الله الرّحمن الرّحیم
Rəhman və Rəhim Allahın adı ilə

Təhlükəsizlik ən mühüm ilahi nemətlərdəndir və onun əziz İranın müxtəlif guşələrində — böyük şəhərlərdən kəndlərdəki və məhəllələrdəki ən kiçik yaşayış məntəqələrinə qədər, çətin hava şəraitində və dağlardan dənizlərə qədər müxtəlif iqlimlərdə ağır sərhəd mühafizəsindən düzənliklərə, meşələrə və ölkənin ən mərkəzi nöqtələrinə qədər — bərqərar olması ölkə təhlükəsizliyinin möhkəm sütunlarından biri kimi Polis Qüvvələrinin (FARACA) fədakar və zəhmətkeş qüvvələrinin rəşadətinin və cəsarətinin sayəsindədir.

Bu təhlükəsizlik cəmiyyətdə sosial, əxlaqi və ictimai rifah kimi müxtəlif ölçüləri təmin edir və belə dəyərli xidmət Allah yolunda cihad olmaqla yanaşı, güclü ictimai dəstəyə də malikdir. FARACA-nın komandanlıq və qərargah səviyyələrindən polis şöbələrinə və məntəqələrinə qədər müxtəlif səviyyələrdə təhlükəsizliyin təmin edilməsindəki qabarıq rolu son illərdə daha da önə çıxıb və bu təsirin nişanələri ikinci və üçüncü təhmil olunmuş müharibələrdə daha aşkar oldu. Cinayətkar Amerika-sionist düşmənin FARACA-nın ən yüksək səviyyələrindən ən uc bölmələrinə qədər müxtəlif pillələrinə zərbə vurmaq üçün cəmləşməsi və israrı da bu qurumun əhəmiyyətini əvvəlkindən daha aşkar etdi. Lakin cəmiyyətin nizam və təhlükəsizlik dayaqlarına qarşı tarix boyu bənzəri olmayan bu əbəs cəhd və xəbis zərbələr FARACA-nın cəsur qüvvələrinin öz missiyalarından zərrə qədər geri çəkilməsinə səbəb olmadı; onlar hətta küçələrdə və avtomobillərdə də öz məkanlarında və qərargahlarında yerinə yetirdikləri həmin rolu və vəzifələri icra etdilər.

Buna görə də məzlum və qüdrətli İran xalqı ölkə təhlükəsizliyinin xidmətçilərinin zəhmətlərini və fasiləsiz səylərini qiymətləndirir və qarşılıqlı olaraq, ordu və Keşikçilər Korpusu kimi cəmiyyətin dərinliyindən yetişən FARACA qüvvələri də etimad yaradan davranışları ilə xalqın bu dəyərli quruma etimadını artıra bilərlər. Çox vaxt təhlükəsizlik keşikçilərinin zəhmətləri və fədakarlıqları bəzi adamlar tərəfindən adi hal kimi qəbul edilə bilər və məhz bu məzlumluq və tanınmamaq onların Allah dərgahındakı mükafatını artırır. Təhlükəsizliyi qoruyan qüvvələrin insani, aparat və proqram təminatı kimi müxtəlif cəhətlərdən hərtərəfli gücləndirilməsi, xüsusən də məlumatların təhlilində süni intellektdən məqsədyönlü istifadə də daxil olmaqla texnologiyaların təkmilləşdirilməsi FARACA-nın missiyalarının keyfiyyətində və asanlaşdırılmasında mühüm rol oynayır.

FARACA-nın uca məqamlı şəhidləri üçün dərəcələrinin ucalığını və ilahi razılığı diləyərək və bütün ailələrə və əməkdaşlara, əsgərlərə, rəşadətli və qeyrətli qüvvələrə, xüsusən FARACA-nın cəsur, yorulmaz və zəkalı komandanına və onun mücahidələrinə təşəkkür edərək ümid edirəm ki, sərvərimizin (Allah onun şərəfli fərəcini tezləşdirsin) duası ilə İslami İranın təhlükəsizliyini, qüdrətini və izzətini yüksəltməkdə əvvəlkindən daha çox uğur qazanacaqlar.

Seyid Müctəba Hüseyni Xamenei, 16 mehr 1405