Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn
Rəhman və Rəhim Allahın adı ilə
«Möminlərin içində elə kişilər vardır ki, Allaha verdikləri əhdə sadiq qaldılar. Onlardan kimisi əhdinə vəfa edib (canını fəda etdi), kimisi də gözləyir. Onlar (əhdlərini) heç bir şəkildə dəyişmədilər.» (1)
Əziz İslam İranının xalqına və qeyrətli döyüşçülərinə qarşı apardığı təhmil olunmuş müharibədə və məşum planlarında ardıcıl məğlubiyyətlərlə üzləşən amerikan-sionist düşmən bir daha özünün daimi silahı olan sionist terrorizminə əl ataraq ölkənin kəşfiyyat və təhlükəsizlik sahəsinin sərkərdələrindən birini terror etdi. Bir neçə onillik ərzində ölkənin təhlükəsizlik, kəşfiyyat və müdafiə sahələrində çoxsaylı və səssiz mücahidələr göstərmiş Keşikçi general-mayor Seyid Məcid Xademi şəhadət feyzinə nail oldu. Lakin İslam İranında haqq və həqiqət yolunun döyüşçülərinin və mücahidlərinin, eləcə də canını fəda etməyə hazır silahlı qüvvələrin sarsılmaz səfi elə uca bir səf və möhkəm hörülmüş bina kimi olmuşdur ki, terror və cinayət onların cihadi idealında heç bir xələl yarada bilməz.
Bu gizli qalmış və igid sərkərdənin şəhadəti münasibətilə onun hörmətli ailəsini, silahdaşlarını və İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatının komandirlərini təbrik edir, başsağlığı verir və Mənnan Allahdan onun məqamının ucalığını diləyirəm.
Seyid Müctəba Hüseyni Xamenei 17 fərvərdin 1405
1) Əhzab surəsi, 23-cü ayə