Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn
Mərhəmətli və Rəhmli Allahın adı ilə
«O sizi yerdən yaratdı və onu abad etməyi sizə tapşırdı.»
Qəhrəman İran milləti bu ilki Novruzu qəhrəmanlıq və qeyrətlə yoğurmuş və on iki fərvərdini – İran İslam Respublikası Gününü qeyd etdikdən sonra Təbiət Gününü qarşılamağa gedir. İndi ki, alçaq və amansız amerikan və sionist düşmən öz vəhşiliyində heç bir insani, əxlaqi və həyati hədd-hüdud tanımır və hətta əziz vətənimizin təbii və ekoloji məkanlarını da hücuma məruz qoyub zərər vurmuşdur, abadlığın genişlənməsi və İranın parlaq gələcəyinin qurulması yolunda atılan hər bir addım layiqli və zəruri bir əməldir. Bu bəyənilən işlərdən biri budur ki, bütün şəhər və kəndlərdə xalqın bütün fərdləri bir-birinin köməyi ilə və aidiyyəti qurumlarla əməkdaşlıq və əlaqələndirmə şəraitində Təbiət Günündən baharın sonunadək, xüsusilə fərvərdin ayının günlərində meyvə ağacları əkməklə və onlara sonradan lazım olan qulluqla məşğul olsunlar. Uşaq qatili olan şeytansifət amerikalılar və sionistlər «Şəcəreyi-Təyyibə» məktəbinin balaca şagirdlərini vəhşicəsinə şəhid etdilər; lakin İran milləti bütün şəhidlərin, xüsusilə üçüncü təhmil olunmuş müharibənin şəhidlərinin niyyətinə öz torpağının genişliyində ümid fidanı əkir ki, bu fidanların hər biri gələcək illərdə pak bir ağaca, bol bəhrəli bir ağaca çevrilsin, inşallah.
Seyid Müctəba Hüseyni Xamenei, 12 fərvərdin 1405