Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn

Bir müddət əvvəl Tehranda yaşayan on yaşlı şagird Əlirza Bəxşi İrəc 1405-ci il şəhrivər ayının 23-də İnqilabın möhtərəm Rəhbərinə səmimi bir məktub yazdı. O, bu məktubda Rəhbərə sevgisini və onun yol göstərmələrinə görə minnətdarlığını bildirməklə yanaşı, ona təşəkkür və İslam döyüşçülərinə kömək məqsədilə bir hədiyyə də təqdim etdi.

Bu şagirdin məktubunun mətni belə idi:

Allahın adı ilə
Salam, ağa.
Mən Əlirza Bəxşiyəm.
On yaşım var və Tehranda yaşayıram.
Düzü, bilmirəm məktubum sizə çatacaq, ya yox.
Kaş sizinlə yaxından danışa biləydim.
Düzü, yol göstərdiyiniz üçün biz sizə çox borcluyuq.
Bu pul da sizə təşəkkür etmək və İslam döyüşçülərinə kömək üçündür.
Sizi görmək arzusunda olan
Əlirza Bəxşi İrəc
1405/6/23

P.S. Ad gününüz bir az gecikmiş olsa da mübarək olsun.

Bu məktub İnqilabın möhtərəm Rəhbərinə çatdı və Həzrət Ayətullah Seyid Müctəba Xamenei də bu şagirdin məhəbbətinə cavab olaraq ona məktub yazdı və qarşılığında ona bir hədiyyə təqdim etdi.

İnqilabın möhtərəm Rəhbərinin cavabının mətni belədir:

بسم‌الله‌الرحمن‌الرحیم
Mərhəmətli və Rəhmli Allahın adı ilə

Əziz dostum cənab Əlirza Bəxşi

سلام علیکم و رحمة الله و برکاته
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun

Məhəbbətli diqqətinizə görə təşəkkür edirəm. Əslində, bu həqir bəndənin ad günü əsfənd ayındadır. Mən də öz növbəmdə sizin bu böyüklüyünüzə qarşılıq olaraq, cüzi də olsa, bir hədiyyə təqdim edirəm. Ailə üzvlərinizə mənim salamımı çatdırın.

Seyid Müctəba Xamenei
19 mehr 1405

P.S. Xəttiniz oxunaqlıdır.

Müctəba Xameneinin Əlirza Bəxşiyə əlyazma cavabı
Müctəba Xameneinin Əlirza Bəxşiyə əlyazma cavabı
On yaşlı Əlirza Bəxşinin Müctəba Xameneiyə məktubu
On yaşlı Əlirza Bəxşinin Müctəba Xameneiyə məktubu