- Ana səhifə
- Müraciətlər
- 30 mart 2026
Livan Hizbullahının Baş katibi Şeyx Naim Qasimin başsağlığı və beyət mesajına cavab
Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn
بسم الله الرحمن الرحیم
Rəhman və Rəhim Allahın adı ilə
Əziz və mücahid qardaşım, Hizbullahın Baş katibi cənab Şeyx Naim Qasimin hüzuruna «ادام الله عمره وعزّه وعافيته» (Allah onun ömrünü, izzətini və sağlamlığını daim etsin)
«سلام علیکم و رحمة الله و برکاته» (Allahın salamı, rəhməti və bərəkətləri sizə olsun) İslam İnqilabının uca şəxsiyyətli Rəhbərinin şəhadəti münasibətilə başsağlığı mesajınız, eləcə də Hizbullahdakı mücahid Livan qardaşlarının məhəbbət və mehribanlıq ifadələri mənə çatdı.
Heç bir şübhə yoxdur ki, İslam dünyasının ən amansız düşmənlərinə, yəni Amerikaya və onun bölgədəki vəkil qüvvəsi olan qaniçən sionist rejiminə qarşı istiqamət, mətanət və səbir şəhid imam və rəhbərin ən görkəmli xüsusiyyətlərindən idi. Bu müqavimət və dözüm o böyük rəhbərin uzun illər davam edən rəhbərliyi boyunca davam etdi və Hacı Qasim Süleymani, eləcə də Keşikçilər Korpusunun və Ordunun digər yüksək rütbəli komandirləri kimi dəyərli şəhidlərin təqdim edilməsi bu yolun düzgünlüyünə ən böyük sübutdur.
Şübhə yoxdur ki, İslami müqavimətin tarixi mücahidə, cəsarət və şəhadət eşqi ilə doludur; müqavimət komandirləri heç bir təhdiddən qorxmadan bu yolda digər mücahidlərdən əvvəl canlarını fəda etdilər. Şəhid Şeyx Ragib Hərb və Seyid Abbas Musəvidən tutmuş əziz şəhid, müqavimət şəhidlərinin seyidi Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddinə qədər hamısı bu yolun və üsulun nümunələri idilər.
Livanda bu mübarək müqavimətin ön cərgəsində olmuş Siz bu gün bu həssas və tarixi məqamda bu hərəkata rəhbərlik edirsiniz. Sizin fərasətinizi, zəkanızı və cəsarətinizi tanıdığım üçün ümid edirəm ki, sionist düşmənin planlarını puça çıxara, onları darmadağın edə və əziz Livan xalqına bir daha əmin-amanlıq və iftixar dadını daddıra biləcəksiniz.
Bir daha qətiyyətlə bəyan edirəm ki, İran İslam Respublikasının dəyişməz siyasəti mərhum İmamın və şəhid rəhbərin yolunun davamı olaraq sionist-Amerika düşməninə qarşı müqavimətə dəstəyin davam etdirilməsi üzərində qurulub.
Həmdərdliyinizə görə bir daha təşəkkür edir, Sizə və bütün əziz mücahid qardaşlara uğur və sərbələndlik arzulayıram.
والسلام عليكم ورحمة الله وبركاته
Allahın salamı, rəhməti və bərəkətləri sizə olsun.
Seyid Müctəba Hüseyni Xamenei, 10 fərvərdin 1405 h.ş., 10 şəvval 1447 h.q.