1. Ana səhifə
  2. Müraciətlər
  3. 20 mart 2026

İnformasiya naziri Höccətülislam Seyid İsmayıl Xətibin şəhadəti münasibətilə Prezidentə mesaj

Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn

Rəhman və Rəhim Allahın adı ilə

Hörmətli Prezident, cənab Pezeşkian (Allah onu qorusun və izzətini artırsın)

Salam və ehtiramdan sonra; bununla çalışqan İnformasiya naziri və təcrübəli gizli fədai Höccətülislam Seyid İsmayıl Xətibin (Allah ondan razı olsun) şəhadəti münasibətilə Sizi, hörmətli Hökumət heyətini, İnformasiya Nazirliyindəki həmkarlarınızı və xüsusilə o böyük şəxsiyyətin ailəsini təbrik edir və başsağlığı verirəm.

Şübhəsiz ki, onun boş qalan yeri həmin həssas nazirliyin digər məsul şəxslərinin və əməkdaşlarının ikiqat səyi ilə doldurulmalı, təhlükəsizlik daxili və xarici düşmənlərdən alınaraq bütün həmvətənlərə bəxş edilməlidir. Mənnan Allahdan Sizin və digər həmkarlarınızın sağ-salamat qalmasını və o əziz şəhidin məqamının ucalığını diləyirəm.

Seyid Müctəba Hüseyni Xamenei