- Ana səhifə
- Müraciətlər
- 28 oktyabr 2026
Bir qrup universitet tələbəsinin məktublarına cavab
Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn
باسمهتعالی
Uca Allahın adı ilə
Əziz övladlarıma salam olsun;
Məhəbbət dolu məktublarınızı oxudum. Siz gənc və şövqlü tələbələrin bol lütfünə görə təşəkkür edirəm və boynumda haqqı olan hamınız üçün xüsusi dua edəcəyəm.
Sizin və bu həqirə lütf və məhəbbət göstərən bir çox gənc və tələbənin məktublarında gələcəyi qurmaq üçün əzm, iradə və məsuliyyət hissi parlayır. Bu möhkəm əhd-peyman kökləri Məhəmmədi saf İslam (Allahın salavatı və salamı ona və Əhli-beytinə olsun) məktəbinə, Böyük Xomeyninin və şəhid Xameneinin (Allah hər ikisinin şərəfli məqamını uca etsin) irsinə gedib çıxan dəyərli bir əmanətdir və bizi bir-birimizə bağlayan «əhd birliyi»nin telidir.
Bu məqsədlə bacardığınız qədər özünüzü elm və iman, nəfsin tərbiyəsi, Allahla ünsiyyət və Quran ilə Əhli-beytin (onlara salam olsun) maarifinə dərindən bələdlik silahı ilə təchiz edin və qat-qat artan iş və təşəbbüslə əziz İranın gücünü və qüdrətini artırın ki, mehriban Mövlamızın (Allah onun şərəfli fərəcini tezləşdirsin) duası ilə eyni əhdə bağlı qoşunların tərəqqi və İslami-İran sivilizasiyasının zirvələrinə doğru yolu mümkün qədər daha yaxşı və daha sürətlə qət edilsin, inşallah.
Seyid Müctəba Hüseyni Xamenei
6 aban 1405